Oktyabrın 30-da Yeni Azərbaycan Partiyasının (YAP) təsis edilməsinin 30 illiyinə həsr olunmuş sərbəst və yunan-roma güləşi üzrə turnirə start verilib.
“İki sahil” xəbər verir ki, turnirdə sərbəst güləş üzrə 65, 70, 74 kq çəki dərəcələrində, Yunan-Roma güləşi üzrə isə 67, 72 və 77 kq çəki dərəcələrində ümumilikdə 312 gənc mübarizəyə qoşulub. Sərbəst güləş üzrə 8, yunan-roma güləşi üzrə 5 qrupda təşkil olunan yarışların qrup mərhələsi Bakı, Abşeron, Ağcabədi, Göygöl, Qəbələ, Astara və Kürdəmirdə keçirilib.
Turnirin qrup mərhələsində qalib gələn iştirakçılar noyabrın 9-da Bakı şəhərində keçiriləcək final görüşlərinə vəsiqə qazanıblar.
Prezident İlham Əliyev Kamboca Kralını Müstəqillik Günü münasibətilə təbrik edib
Qərbi Azərbaycan İcmasının rəhbərliyi və üzvləri Zəfər abidəsini ziyarət ediblər
Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib