Rusiya Soçi sammitinin Azərbaycanla Ermənistan arasında sülhün əldə olunmasında irəliləyişə kömək edəcəyinə ümid edir.
“İki sahil” xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko bildirib.
“Sülh müqaviləsi sabah Soçidə keçiriləcək görüş zamanı müzakirə olunacaq. Ümid edirik ki, görüş sazişin imzalanmasında irəliləməyə imkan verəcək”.
Qeyd edək ki, oktyabrın 31-də Rusiya Prezidenti Vladimir Putinin dəvəti ilə Azərbaycan və Ermənistan dövlət başçıları İlham Əliyev və Nikol Paşinyan arasında üçtərəfli görüş keçiriləcək.
Kremlin mətbuat xidmətinin yaydığı məlumata görə, Putinin ayrı-ayrılıqda Azərbaycan və Ermənistan liderləri ilə görüşü də planlaşdırılıb.
Prezident İlham Əliyev Kamboca Kralını Müstəqillik Günü münasibətilə təbrik edib
Qərbi Azərbaycan İcmasının rəhbərliyi və üzvləri Zəfər abidəsini ziyarət ediblər
Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib