Gürcüstan həbsxanalarında 99 Azərbaycan vətəndaşı saxlanılır.
“İki sahil” xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika İdarəsinin sentyabr ayı üzrə hesabatında bildirilib. Qeyd olunub ki, həbsdə olan Azərbaycan vətəndaşlarından 89-u kişi, 9-u isə qadındır. Onlardan 73-nə hökm oxunub, 16-na qarşı isə ittiham irəli sürülüb.
Həbs edilmiş Azərbaycan vətəndaşlarından 2-si isə yetkinlik yaşına çatmayanlardır.
Hazırda Gürcüstanda probasiya nəzarətində saxlanılan Azərbaycan vətəndaşlarının sayı isə 43 nəfər təşkil edir.
Prezident İlham Əliyev Kamboca Kralını Müstəqillik Günü münasibətilə təbrik edib
Qərbi Azərbaycan İcmasının rəhbərliyi və üzvləri Zəfər abidəsini ziyarət ediblər
Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib