02 noyabr 2022 16:52
349

Azad edilən ərazilərdə mina ilə bağlı hadisələrə tez-tez rast gəlinir

“Son dövrlər azad edilən ərazilərdə mina ilə bağlı hadisələrə tez-tez rast gəlinir. Bir ay ərzində artıq 7-8 hadisə baş verib”.

“İki sahil” xəbər verir ki, bunu Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) prezidenti Umud Mirzəyev “Minasız Azərbaycan naminə səylərimizi birləşdirək” mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Qarabağa və Şərqi Zəngəzura əhalinin gediş-gəlişi artıqca problemlər də çoxalır: “Geri qayıdan əhali arasında maarifləndirmə işlərinin daha çox aparılmasına ehtiyac var”.