03 noyabr 2022 10:33
319

Tahir Budaqov: Azərbaycan post-konflikt quruculuq modeli yaradır

“Azərbaycan Zəfəri quruculuq müstəvisində möhkəmləndirmək üçün addımlar atır, post-konflikt quruculuq modeli yaradır”.

“İki sahil” xəbər verir ki, bunu bu gün Yeni Azərbaycan Partiyası və İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin təşkilatçılığı ilə ”Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə post-konflikt quruculuğu modeli” mövzusunda Qələbənin ikinci ildönümü - Zəfər Gününə həsr olunmuş konfransda YAP sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov bildirib.

Tahir Budaqov deyib ki, Azərbaycan Cənubi Qafqazda yeni nizam, konfiqurasiya formalaşdırır: “21-ci əsrin müharibəsini aparmış və bu sahədə təcrübəsi öyrənilən Azərbaycanın post-konflikt təcrübəsinin də dünyada öyrəniləcəyinə şübhə yoxdur”.