03 noyabr 2022 17:53
370

Fuat Oktay sabah Azərbaycana rəsmi səfər edəcək

Türkiyənin Vitse-prezident Fuat Oktay sabah Azərbaycana rəsmi səfər edəcək.

“İki sahil” xəbər verir ki, Oktay Azərbaycanın Baş Naziri Əli Əsədov ilə birliktə Azərbaycan Respublikası və Türkiyə Respublikası Hökumətlərarası Birgə İqtisadi Komissiyasının (KEK) 10-cu İclasına sədrlik edəcək.

Bununla yanaşı o, hər iki ölkədən özəl sektor iş adamlarının qatılacağı Türkiyə-Azərbaycan Biznes Forumunda iştirak edəcək.

Məlumat üçün qeyd edək ki, vitse-prezident Şuşanın tarixi yerlərini və mədəni sərvətlərini ziyarət etmək üçün noyabrın 5-də Dağlıq Qarabağ bölgəsinə səfər edəcək.