Həqiqətən də yaxın günlərdə Vaşinqton şəhərində Amerika Birləşmiş Ştatları dövlət katibi Entoni Blinkenin təşəbbüsü və iştirakı ilə Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan arasında görüşün keçirilməsi planlaşdırılır.
Bu barədə “İki sahil”ə XİN-dən bildirilib.
***
ABŞ Dövlət katibi Entoni Blinken, Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan xarici işlər naziri Ararat Mirzoyan yaxın günlərdə Vaşinqtonda görüşəcək.
“İki sahil” “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə Ermənistan XİN başçısı Ararat Mirzoyan parlamentdə çıxışı zamanı deyib.
O görüşün keçiriləcəyi dəqiq tarixi açıqlamayıb.
Prezident İlham Əliyev Kamboca Kralını Müstəqillik Günü münasibətilə təbrik edib
Qərbi Azərbaycan İcmasının rəhbərliyi və üzvləri Zəfər abidəsini ziyarət ediblər
Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib