Siyasi partiyalar haqqında yeni qanun layihəsinin qəbulu həm də konstitusion hüququn tələblərindən irəli gəlir.
“İki sahil” xəbər verir ki, bunu bu gün Milli Məclisin sədr müavini Əli Hüseynli “Siyasi Partiyalar Haqqında” yeni qanun layihəsinin hazırlanması ilə bağlı ictimai dinləmədə deyib.
"Bu sahədə Avropa qanunvericiliyi inkişaf edib, o cümlədən MDB ölkələrində də qanunvericilik inkişaf edib dəyişib. Həmçinin yeni qanunvericilik sahəsində normativ hüquqi aktlar haqqında Konstitusiya qanununun qəbul edilməsi bizi 1995-ci ildə qəbul edilən Konstitusiya qanunlarına və sonrakı bütün qanunlara yenidən baxmağa vadar edir. Bu baxımdan yeni qanunun qəbulu həm də konstitusion hüququn tələblərindən irəli gəlir”,- vitse-spiker bildirib.
Prezident İlham Əliyev Kamboca Kralını Müstəqillik Günü münasibətilə təbrik edib
Qərbi Azərbaycan İcmasının rəhbərliyi və üzvləri Zəfər abidəsini ziyarət ediblər
Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib