İndiyə qədər Siyasi partiyalar haqqında qanun layihəsi ilə bağlı 250 təklif olub.
“İki sahil” xəbər verir ki, bunu bu gün Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc siyasi partiyalar haqqında qanun layihəsinin ictimai müzakirəsi zamanı deyib.
Komitə sədri partiyalar tərəfindən irəli sürülən təkliflər barədə də danışıb.
Bildirib ki, qanunla bir nəfər bir partiyanın üzvü olub.
"2010-cu ildə Venesiya Komissiyasının bu istiqamətdə 132 təklifindən 112-si nəzərə alınıb.
Seçkilərdə iştirak etməyən partiyaların statusunu itirməsi polemikalara daxil olmayan qüvvələr tərəfindən süngü ilə qarşılanır. 6 partiya tərəfindən daxil olan təklifdə 2 və ya 3 seçkidə iştirak etməyən partiyaların öz funksiyasını itirməsi əsas kimi götürüldü",- Z.Oruc deyib.
Prezident İlham Əliyev Kamboca Kralını Müstəqillik Günü münasibətilə təbrik edib
Qərbi Azərbaycan İcmasının rəhbərliyi və üzvləri Zəfər abidəsini ziyarət ediblər
Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib