Qonşu ölkələrə bağlı siyasətimiz ardıcıl, proqnozlaşdırıla bilən və açıqdır. Bütün qonşularımızla birgə normal münasibətlərimizin olması bizim bir nömrəli prioritetimizdir.
“İki sahil” xəbər verir ki, bunu jurnalistlərə müsahibəsində xarici işlər naziri Ceyhun Bayramov bildirib.
Nazirin sözlərinə görə, İranla Azərbaycan arasında bir sıra müsbət layihələr həyata keçirilib ki, bunlar iqtisadi, nəqliyyat layihələridir.
“İran mediası tərəfindən Azərbaycan qarşı qeyri-dost fikirlər bizi narahat edir. Biz bunu iranlı həmkarlarımızla açıq müzakirə edirik. İranlı həmkarım bu məsələlərə həssaslıqla yanaşır, öz səlahiyyətləri çərçivəsində xoşagəlməz halların aradan qaldırılması istiqamətində addımlar atır. Bizim intensiv dialoqumuz var”, - XİN rəhbəri qeyd edib.
Prezident İlham Əliyev Kamboca Kralını Müstəqillik Günü münasibətilə təbrik edib
Qərbi Azərbaycan İcmasının rəhbərliyi və üzvləri Zəfər abidəsini ziyarət ediblər
Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib
Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə videoçarx paylaşılıb