05 noyabr 2022 12:09
320

Türkiyənin Vitse-prezidenti Füzuli aeroportu ilə tanış olub, Şuşaya yola düşüb

Noyabrın 5-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov ölkəmizdə rəsmi səfərdə olan Türkiyə Respublikasının Vitse-prezidenti Fuat Oktayı Füzuli Beynəlxalq Hava Limanında qarşılayıb.

Nazirlər Kabinetindən "İki sahil"ə verilən xəbərə görə, Füzuli Beynəlxalq Hava Limanı ilə tanış olduqdan sonra Azərbaycanın Baş naziri və Türkiyənin Vitse-prezidenti Şuşa şəhərinə yola düşüblər.