“İndiyədək Laçında 1400-dən artıq mina aşkarlanıb, gələcəkdə bunların sayı nə qədər olacaq bilinmir. Bu beynəlxalq hüquq və prinsiplərin, üçtərəfli bəyanatın aşkar pozuntusudur”.
“İki sahil” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında xarici işlər naziri Ceyhun Bayramov deyib.
Ceyhun Bayramov Ermənistan üçtərəfli bəyanatın Laçın dəhlizi ilə bağlı maddəsini pozduğunu deyib.
“Minaların bu ərazilərə gətirilməsi təxribatın davam etdirilməsi deməkdir. Bu həmdə Laçın koridorundan başqa məqsədlər üçün istifadə olunduğu deməkdir. Eyni zamanda, Laçın dəhlizinin başqa məqsədlər üçün istifadə olunduğu deməkdir. Bilirsiniz ki, Laçın dəhlizi yalnız üç istiqamətdə, vətəndaşlar, nəqliyyat və yüklərin daşınması üçün mülki məqsədlərlə istifadə oluna bilər. Ermənistanın bu hərəkəti həm də üçtərəfli bəyanatın həmin maddəsini aşkar pozması deməkdir”.
Prezident İlham Əliyev Kamboca Kralını Müstəqillik Günü münasibətilə təbrik edib
Qərbi Azərbaycan İcmasının rəhbərliyi və üzvləri Zəfər abidəsini ziyarət ediblər
Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib
Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə videoçarx paylaşılıb