"Azərbaycan ilə Türkiyə arasında iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyada qarşımızda qoyulan məsələlərin əksər hissəsini həll etmişik".
“İki sahil” xəbər verir ki, bunu Azərbaycanın Baş naziri Əli Əsədov Türkiyənin vitse-prezidenti Fuat Oktayla birgə Şuşada keçirdiyi mətbuat konfransında deyib.
Baş nazir bildirib ki, amma bütün məsələlər həll olunmayıb: "Ancaq biz güclərimizi toplayaraq qarşıda qoyulan məsələləri təbii ki, yaxın zamanlarda həll edəcəyik".