07 noyabr 2022 08:00
435

Ceyhun Bayramov ABŞ dövlət katibi və ermənistanlı həmkarı ilə görüşəcək

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun Vaşinqton şəhərinə səfəri başlayıb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən "İki sahil"ə verilən məlumata görə, səfər çərçivəsində ABŞ dövlət katibi Entoni Blinkenin təşəbbüsü və iştirakı ilə Ermənistanın xarici işlər naziri ilə görüşün keçirilməsi nəzərdə tutulub.