08 noyabr 2022 12:15
352

Bu gün Qarabağ azaddır və bir daha əsarət altına düşməyəcək - Fahrettin Altun

"Bu gün bəzi adamlar zəfərimizə kölgə salmağa çalışırlar".

“İki sahil” xəbər verir ki,  bunu Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fahrettin Altun "Habertürk" telekanalına müsahibəsində deyib.

O bildirib ki, müharibə dövründə Azərbaycan Ordusuna qarşı "qara piar" aparılıb:

"Bəziləri Azərbaycan xalqının məruz qaldığı zülmləri görməzdən gəlir. Biz bu dezinformasiyalara icazə verməyəcəyik. Qarabağ zəfərini musiqidə, kinoda, ədəbiyyatda- hər yerdə yaşadacağıq. Bu gün Qarabağ azaddır və bir daha əsarət altına düşməyəcək".