Belarusun Azərbaycandakı səfirliyi Zəfər Günü münasibətilə paylaşım edib.
"İki sahil" xəbər verir ki, səfirlik tviterdə paylaşdığı təbrikdə qeyd edilib: "Belarus səfirliyi qardaş Azərbaycanı bayram münasibətilə təbrik edir! Azərbaycanın rifahı və firavanlığı naminə regionda sülh və təhlükəsizliyin bərqərar olunmasında Sizə səmimi qəlbdən uğurlar arzulayırıq".