Türkiyənin “Baykar” şirkətinin texniki direktoru Selçuk Bayraktar Zəfər Günü ilə bağlı Azərbaycan xalqını təbrik edib.
"İki sahil" xəbər verir ki, tviterdə paylaşılan təbrikdə qeyd edilib:
“Dursa qarşımda bütün cahan,
vermərəm öz torpağımdan!
Əziz Azərbaycanımızın işğal altında olan torpaqlarının öz Vətəninə qayıtmasının ikinci ildönümü mübarək. Müqəddəs şəhidlərimizin ruhu şad olsun”.