08 noyabr 2022 15:45
336

Azərbaycan Prezidenti: Rus sülhməramlılar orada müvəqqəti yerləşib

“Qarabağ bizim torpağımızdır”.

“İki sahil” xəbər verir ki, bunu Prezident İlham Əliyev Şuşada hərbçilər qarşısında çıxışında deyib.

Dövlət başçısı vurğulayıb ki, rus sülhməramlılar orada müvəqqəti yerləşib: “Rus sülhməramlılar orada müvəqqəti yerləşiblər, 2020-ci ilin 10 noyabr Bəyanatında onların müddəti göstərilir və əgər kiməsə bel bağlayırlarsa, yenə də faciə ilə üzləşəcəklər”.