08 noyabr 2022 16:42
352

Prezident gələn ilin dövlət büdcəsində hərbi xərclərə ayrılacaq vəsaitin artırılmasının səbəbini açıqlayıb

Gələn il üçün Azərbaycanın dövlət büdcəsi rekord həddə çatıb, o cümlədən hərbi xərclərə ayrılacaq vəsait də rekord həddə çatıb.

"İki sahil" xəbər verir ki, bunu Prezident İlham Əliyev Zəfər Günü münasibətilə Şuşada təşkil olunan tədbirdə deyib.

“Sual oluna bilər nə üçün, müharibə arxada qaldı, iki il keçib. Cavab çox sadədir. Ermənistanda revanşist qüvvələr baş qaldırır. Ermənistanda müharibənin nəticələri ilə barışmaq istəməyən qüvvələr, dairələr baş qaldırır”, - dövlət başçısı vurğulayıb.