09 noyabr 2022 12:30
399

Türkiyənin Azərbaycana dəstəyi davamlı olacaq

“Başda Azərbaycan, Liviya, Şimali Kipr olmaqla dost, qardaş və müttəfiqlərimizin haqlı davasına dəstəyimiz davam edir”.

“İki sahil” xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib.

O bildirib ki, Türkiyə, həmçinin NATO, Avropa İttifaqı, BMT və ATƏT miqyasında və ikitərəfli əlaqələr çərçivəsində bir çox ərazidə sülhə töhfə verir: “Türkiyə ordusu regiondakı və dünyadakı rolu ilə əbədi var olacaq”.