Fransa Azərbaycana yeni səfir təyin edib.
“İki sahil” Fransa hökumətinin rəsmi saytına istinadla xəbər verir ki, bu barədə Prezident Emmanuel Makron noyabrın 9-da sərəncam imzalayıb.
Fransa Prezidentinin sərəncamına əsasən xarici əlaqələr üzrə müşavir Anne Boillon Azərbaycana səfir təyin edilib.
Qeyd edək ki, xanım Bollion bu postda Zakari Qrossu əvəz edəcək.