11 noyabr 2022 10:00
361

Şimali Kipr Türk Dövlətləri Təşkilatına müşahidəçi üzv olub

Şimali Kipr Türk Cümhuriyyəti Türk Dövlətləri Təşkilatına (TDT) müşahidəçi üzv olub.

"İki sahil" xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 11-də Səmərqənddə Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşündə çıxışı zamanı bildirib.

O qeyd edib ki, müvafiq qərar TDT-nin Səmərqənddə sammitində qəbul edilib.