11 noyabr 2022 10:20
581

Prezident İlham Əliyev: Birgə bəyanatlarda Azərbaycan və Ermənistan bir-birinin ərazi bütövlüyünü və suverenliyini rəsmən tanıdı

"Oktyabr ayında Praqa və Soçidə qəbul edilmiş birgə bəyanatlarda Azərbaycan və Ermənistan bir-birinin ərazi bütövlüyünü və suverenliyini rəsmən tanıdı".

“İki sahil” xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 11-də Səmərqənddə Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşündə çıxışı zamanı deyib.

"Bu, bir daha onu göstərir ki, Qarabağ münaqişəsi tarixdə qaldı", - dövlət başçısı bildirib.