"Azərbaycan Prezidenti Avropaya enerji mənbələrinin şaxələndirilməsinə kömək edir".
“İki sahil” xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban "Twitter"də bildirib.
"Türk dövlətləri Səmərqənddədir. Bizə müharibə və sanksiyalar əvəzinə sülh və əməkdaşlıq lazımdır. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya ilə Ukrayna arasında uğurlu vasitəçilik edən yeganə liderdir. Azərbaycan Prezidenti İlham Əliyev Avropaya enerji mənbələrinin şaxələndirilməsinə kömək edir. Onlara təşəkkür borcumuz var!", Macarıstan hökumət başçısı bildirib.