11 noyabr 2022 13:50
444

Nazir müdafiə xərclərinin artırılması barədə təklifə münasibət bildirib

“Bu gün geosiyasi vəziyyət daha gərgindir. Amma onun da həll yolları tapılacaq. Biz buna əminik”.

“İki sahil” xəbər verir ki,  bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin birgə iclasında maliyyə naziri Samir Şərifov deyib.

“Bu baxımdan müdafiə xərclərinin artırılmasına ehtiyac yaranarsa, Prezidentin təqdimatı ilə büdcəyə düzəlişlər edilməsi barədə qanun layihələri Milli Məclisə göndərilir”- deyə nazir qeyd edib.