12 noyabr 2022 11:49
392

1547 yerli investisiyalı MMC qeydiyyata alınıb

Cari ilin yanvar-oktyabr ayları ərzində yeni qeydiyyat üsulu ilə (fin kod+mobil nömrə) 1547 yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyət (MMC) qeydiyyata alınıb. Bu, 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 9 ədəd çoxdur.

Dövlət Vergi Xidmətindən "İki sahil"ə verilən məlumata görə, sözügedən üsulun ümumi qeydiyyatda xüsusi çəkisi 11,9 faiz, yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin qeydiyyatında isə 15,7 faiz təşkil edib.

Ümumiyyətlə, ilin əvvəlindən icra olunmuş elektron qeydiyyat ərizələrinin 83,4 faizi “Asan İmza” ilə imzalanmaqla təqdim olunub.