Türkiyənin Qarabağ müharibəsində Azərbaycana verdiyi dəstək türk dünyasına böyük cəsarət və özünəinam verdi.
“İki sahil” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Özbəkistan səfərindən qayıdarkən jurnalistlərin suallarına cavabında deyib.
O qeyd edib ki, türk dövlətləri arasındakı əməkdaşlıq öz gücünü tarixi qardaşlıq, ortaq mədəniyyət, həmrəylik, dil və adət-ənənə bağlarından alır.
"Əvvəlki dövrdə sədrlik etdiyimiz İstanbul Zirvəsi əslində türk dövlətləri üçün dönüş nöqtəsi oldu. Bu sammitlə biz Türk Şurasını Türk Dövlətləri Təşkilatı adlı beynəlxalq təşkilata çevirdik. Türk Dövlətləri Təşkilatı uğurlu əməkdaşlıq platforması kimi özünü sübut etdi və regionda, dünyada çəkisi artır", - deyə R.T.Ərdoğan bildirib.
Xatırladaq ki, noyabrın 11-də Səmərqənddə Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşü keçirilib.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - YENİLƏNİB/FOTO
Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi
Prezident İlham Əliyev: Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər