Milli Məclisin bir qrup deputatı noyabrın 8-dən 11-dək Belçikanın paytaxtı Brüsseldə səfərdə olub.
“İki sahil” xəbər verir ki, səfər çərçivəsində Milli Məclisin Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin nümayəndə heyətinin rəhbəri Tural Gəncəliyev, nümayəndə heyətinin üzvləri Sevil Mikayılova və Erkin Qədirli Avropa Parlamentinin rəsmiləri ilə bir sıra görüşlər keçiriblər.
Baş tutan 20-yə yaxın görüşdə qarşılıqlı əməkdaşlığın möhkəmləndirilməsi barədə fikir mübadiləsi aparılıb.
Milli Məclisin deputatları avropalı parlamentariləri Qarabağ münaqişəsi bitdikdən sonra Ermənistanın iki ölkə arasında normallaşma prosesinə yaratdığı əngəllər, eyni zamanda Azərbaycanın bölgədə oynadığı vacib rol, regionda yaratdığı reallıqlar barəsində məlumatlandırıblar.
Görüşlərdə Azərbaycanın Avropanın enerji təminatındakı əhəmiyyətinə toxunulub və bundan sonra da bu əməkdaşlığın vacibliyi vurğulanıb.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - YENİLƏNİB/FOTO
Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi
Prezident İlham Əliyev: Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər