12 noyabr 2022 15:17
643

Belarus səfirliyi Azərbaycanı təbrik edib

Belarusun Azərbaycandakı səfirliyi Azərbaycanı Konstitusiya Günü münasibətilə təbrik edib.

“İki sahil” xəbər verir ki, bu barədə səfirliyin rəsmi tviter səhifəsində paylaşım edilib.

“Noyabrın 12-də Azərbaycanda Konstitusiya Günü qeyd olunur. Milli bayram münasibətilə Azərbaycanı səmimi qəlbdən təbrik edirik. Arzu edirik ki, Əsas Qanun hər zaman ölkənin suverenliyinin, sabitliyinin və gələcək inkişafının etibarlı təminatçısı olaraq qalsın!” - deyə paylaşımda qeyd edilib.