Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyənin İstanbul şəhərində baş verən partlayışla bağlı Türkiyəyə başsağlığı verib.
“İki sahil” xəbər verir ki, C.Bayramov tviterdə paylaşdığı başsağlığında qeyd edib:
"İstanbul şəhərində İstiklal prospektində partlayış xəbəri bizi dərindən kədərləndirdi. Bu terror nəticəsində hayatlarını itirənlərin ailələrinə və yaxınlarına, qardaş Türkiyəyə başsağlığı bildirir, yaralılara şəfa diləyirik.
Azərbaycan hər zaman qardaş Türkiyənin yanındadır!"
Xatırladaq ki, İstanbulun mərkəzində İstiqlal küçəsində yerli vaxtla saat 16:20-də (Bakı vaxtı ilə 17:20-də) güclü partlayış baş verib. Partlayış nəticəsində 4 nəfər ölüb, 38 nəfər isə xəsarət alıb.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - YENİLƏNİB/FOTO
Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi
Prezident İlham Əliyev: Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər