13 noyabr 2022 19:31
568

Rəsmi Bakı: Azərbaycan Türkiyənin dərdinə şərikdir

“Azərbaycan Türkiyənin dərdinə hər zaman şərikdir!”

“İki sahil” xəbər verir ki, bu fikirləri Azərbaycan Xarici İşlər Nazirliyi Türkiyədə baş verən partlayışla bağlı tviterdə paylaşılan başsağlığı mətnində qeyd edib.

“İstanbul şəhərində dinc əhalini hədəf alan partlayış nəticəsində həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyəyə dərin hüznlə başsağlığı verir, Allahdan yaralılara tez bir zamanda şəfa diləyirik”, - deyə qeyd edilib.

Xatırladaq ki, İstanbulun mərkəzində İstiqlal küçəsində yerli vaxtla saat 16:20-də (Bakı vaxtı ilə 17:20-də) güclü partlayış baş verib. Partlayış nəticəsində 4 nəfər ölüb, 38 nəfər isə xəsarət alıb.