Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva İstanbul şəhərində baş vermiş partlayış nəticəsində insanların həlak olması ilə əlaqədar Türkiyə Respublikasının birinci xanımı Əminə Ərdoğana başsağlığı məktubu göndərib.
"İki sahil" xəbər verir ki, məktubda deyilir: “İstanbul şəhərində baş vermiş partlayış nəticəsində insanların həlak olması və xəsarət alması xəbəri bizi olduqca kədərləndirdi.
Bu faciə ilə əlaqədar dərdinizi bölüşür, Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm”.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - YENİLƏNİB/FOTO
Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi
Prezident İlham Əliyev: Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər