15 noyabr 2022 14:21
574

Tatarıstan prezidenti Azərbaycana səfər edəcək

Rusiyanın Tatarıstan Respublikasının prezidenti Rüstəm Minnixanov noyabrın sonunda Azərbaycana səfər edəcək.

“İki sahil” xəbər verir ki, bunu "Taqras" neft-servis holdinqinin baş direktoru Lenar Nazipov deyib.

O bildirib ki, noyabrın 26-dan 30-dək Tatarıstan prezidentinin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda olacaq. Səfər zamanı iqtisadi əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə ediləcək.

O əlavə edib ki, "Taqras" şirkəti Azərbaycan, Türkmənistan və Özbəkistan bazarlarını fəal şəkildə tədqiq edir.