15 noyabr 2022 15:54
474

Müsavat Partiyası İran səfirliyi qarşısında etiraz aksiyası keçirib

Müsavat Partiyası İranın Azərbaycandakı səfirliyi qarşısında etiraz aksiyası keçirib.

“İki sahil” xəbər verir ki, aksiya iştirakçıları İranda yaşayan azərbaycanlıların haqlarının Tehran rejimi tərəfindən pozulmasına etiraz ediblər.

Piketdə "Azadlıq, ədalət, milli hökumət" şüarları səsləndirilib.

Polis əməkdaşları piket iştirakçıları ərazidən uzaqlaşdırıb.