Cari ilin 14-15 noyabr tarixlərində Dərbənd şəhərində Azərbaycan-Rusiya Birgə Demarkasiya Komissiyasının on ikinci iclası keçirilib.
Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsindən “İki sahil”ə verilən xəbərə görə, iclasda Azərbaycan-Rusiya Birgə Demarkasiya Komissiyasının 2022-ci il üzrə planlaşdırılan bütün tədbirlərinin uğurla yerinə yetirildiyi bəyan edilib, Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında dövlət sərhədinin beynəlxalq hüquqi rəsmiləşdirilməsi üzrə işlər barədə müzakirə aparılıb, habelə Komissiyanın 2023-cü il üçün iş planına baxılıb və təsdiq edilib.
Görüş qarşılıqlı anlaşma və konstruktiv dialoq ruhunda keçirilib.
Birgə Komissiyanın növbəti iclasının keçirilmə məkanı və tarixləri diplomatik kanallar vasitəsilə razılaşdırılacaq.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - YENİLƏNİB/FOTO
Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi
Prezident İlham Əliyev: Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər