“Bizim qaz ehtiyatlarımız çox zəngindir”.
“İki sahil” xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Albaniya Respublikasının Prezidenti Bayram Beqayla birgə mətbuata bəyanatında deyib.
Dövlət başçısı qeyd edib ki, hazırda həm TAP, həm TANAP qaz kəmərlərinin iki dəfəyə genişləndirilməsi məsələsi müzakirə olunur: “Yəni, Cənubi Qaz Dəhlizi layihəsi cəmi iki ilə yaxındır istismardadır. Amma artıq Cənub Qaz Dəhlizi layihəsi olan hər iki kəmərin genişləndirilməsi müzakirə olunur. Yəni, Bu onu göstərir ki, buna böyük ehtiyac var, tələbat var. Azərbaycan Aİ rəsmiləri tərəfindən etibarlı tərəfdaş kimi artıq tanınıb və qiymətləndirilir. Əlbəttə ki, biz də bu məsuliyyəti yaxşı başa düşürük. Eyni zamanda, biz sizinlə bu gün Albaniyada qaz təsərrüfatının inkişafına verə biləcəyimiz töhfə haqqında da danışdıq. Bu məsələ ilə bağlı bizim fikirlərimiz var. Albaniyada bu günə qədər qaz şəbəkəsi yaradılmamışdır. Azərbaycan bu sahədə də investor kimi iştirak edə bilər. Biz buna hazırıq. Bu gün bu məsələni və energetika ilə bağlı olan digər məsələləri bundan sonra da müzakirə edəcəyik”.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - YENİLƏNİB/FOTO
Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi
Prezident İlham Əliyev: Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər