“Əslində, turizm ölkələrimizin iqtisadiyyatlarının digər mühüm sahəsidir. Azərbaycan uğurlu təcrübəni özündə əks etdirir. Biz bundan yararlana bilərik”.
“İki sahil” xəbər verir ki, bunu Albaniya Respublikasının Prezidenti Bayram Beqay Prezident İlham Əliyevlə mətbuata bəyanatlarla çıxış edən zaman bildirib.
“Mən cənab Prezidentə bəyan etdim ki, bu sahədə Azərbaycan tərəfindən qoyulacaq sərmayələri yüksək dəyərləndirərdik. Eyni zamanda, mədəniyyət sahəsində birgə işləməliyik ki, xalqlarımız daha yaxın olsun, bir-birini tanısın. Bununla bağlı iki tərəf arasında yeni sazişlər imzalana bilər. Bilirik ki, mədəniyyət və incəsənət sahəsinə aid olan minlərlə eksponat nümayiş etdirilə bilər. Cənab Prezident, mən Sizə bildirdim ki, bu, irsimizin qorunmasına töhfə verəcəkdir. 2019-cu ildə baş vermiş zəlzələdə də göstərilən yardımı yüksək dəyərləndiririk”, - Bayram Beqay deyib.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - YENİLƏNİB/FOTO
Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi
Prezident İlham Əliyev: Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər