16 noyabr 2022 00:23
566

İran XİN rəhbəri Ceyhun Bayramovu "3+3" platformasının Tehranda keçiriləcək toplantısına dəvət edib

İranın xarici işlər naziri Hüseyn ƏmirAdullahian və Azərbaycan XİN rəhbəri Ceyhun Bayramov ötən gün baş tutan telefon danışığı zamanı "3+3" regional platformasına dair fikir mübadiləsi aparıblar.

“İki sahil” xəbər verir ki,  İran XİN rəhbəri azərbaycanlı həmkarını "3+3" platformasının Tehranda keçiriləcək toplantısına dəvət edib.

Xatırladaq ki, "3+3" platformasının ilk iclası ötən il dekabr ayında Moskvada keçirilib.