Milli Məclisin bir qrup deputatı Qazaxıstan Respublikasında keçiriləcək növbədənkənar prezident seçkilərini müşahidə etmək üçün noyabrın 17-də Astana şəhərinə səfər edəcək. Deputatlar Jalə Əliyeva, Naqif Həmzəyev Müstəqil Dövlətlər Birliyi Parlamentlərarası Assambleyasının (MDB PA) xətti ilə, Vüqar İskəndərov isə Türk Dövlətləri Parlament Assambleyası (TÜRKPA) tərəfindən seçkiləri izləyəcəklər.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən "İki sahil"ə verilən məlumata görə, beynəlxalq müşahidəçilər qismində seçkilərdə iştirak edəcək deputatlarımız hazırlıq mərhələsi ilə tanış olacaq və seçki məntəqələrində prosesin gedişini, vətəndaşların fəallığını izləyəcəklər.
Səfər noyabrın 23-də başa çatacaq.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - YENİLƏNİB/FOTO
Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi
Prezident İlham Əliyev: Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər