16 noyabr 2022 12:13
461

Fransa Senatının qətnaməsi hüquqi cəhətdən absurddur

“Fransa Senatının qətnaməsi hüquqi cəhətdən absurddur”.

“İki sahil” xəbər verir ki,  bunu Milli Məclisin iclasında çıxışı zamanı deputat Tural Gəncəliyev bildirib.

“Fransanın Yelisey sarayında oturan, Fransa xarici siyasətini yürüdən insanlar, özlərini yeni Napoleon hiss edənlər unutmamalıdır ki, Azərbaycanla bu dildə, bu tərzdə danışmaq yolverilməzdir. Fransa Senatının qətnaməsi hüquqi cəhətdən absurddur. Çünki Azərbaycan öz suveren ərazisindən qoşunlarını çəkib çıxara bilməz. Çox yaxşı olardı ki, Fransa Senatı belə sənədləri qəbul etməzdən öncə yaxınlıqda olan Sarbonna Universitetindən hüquq tələbəsi dəvət etsin” , - deyə Tural Gəncəliyev bildirib. 

O, həmçinin əlavə edib ki, Fransa Senatının qəbul etdiyi qətnamə Fransa tərəfindən Azərbaycanın daxili işlərinə qarışmaq, hörmətsizlikdir.