Londonda yerləşən “Henry Jackson Society” analitik xarici siyasət beyin mərkəzində (think tank) Azərbaycanın geostrateji reallıqları, mövcud vəziyyətdə perspektivləri və regionda dayanıqlı sülhün bərpasına həsr olunan tədbir keçirilib.
“İki sahil” xəbər verir ki, tədbirdə çıxış edən Azərbaycan Respublikasının səfiri Elin Süleymanov, bu gün Azərbaycan tərəfinin apardığı regional inteqrasiya siyasətinin, o cümlədən Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın gücləndirilməsinin yeni fürsətlər yaratdığını bildirib.
“Avropa ilə Asiyanı birləşdirən ortaq dəhliz ideyalarımız hərtərəfli fayda təmin edəcək. 30 il ərzində BMT TŞ məlum qətnamələri, ATƏT-in Minsk qrupu bizə heç bir fayda gətirmədi. Faktiki olaraq, Azərbaycan Prezident İlham Əliyevin qətiyyəti və müdrikliyi sayəsində məlum qətnamələri özü icra etmək məcburiyyətində qaldı”, -deyə səfir çıxışında bildirib.
Səfir Ermənistanın sülh prosesini ləngitmədən konstruktiv danışıqlar istiqamətində real addımlar atmasına ümid etdiyini qeyd edib. Azərbaycan Ermənistan arasında dayanıqlı sülhün bütün region xalqları üçün faydalı olacağını bildirən səfir, Azərbaycan rəhbərliyinin sülhə doğru atılan addımlarından söz açıb.
Səfir bir daha sülhdən başqa alternativ olmadığını diqqətə çatdırıb, Ermənistan tərəfinin 30 il sülhdən boyun qaçırmasını xatırlayaraq, tarixdən dərs çıxarmağın vacibliyini vurğulayıb. O bildirib ki, Azərbaycanın Avropaya qaz ixracını gələcəkdə iki dəfə artırması, Avropa enerji təhlükəsizliyinə töhfə Azərbaycan rəhbərliyinin uzaqgörən siyasətinin nəticəsidir.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - YENİLƏNİB/FOTO
Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi
Prezident İlham Əliyev: Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər