16 noyabr 2022 15:46
487

Fransanın Azərbaycanın neft-qaz ixracına embargosu Aİ-nin maraqlarına zidd getməkdir

Fransa Senatının qəbul etdiyi qətnamədə Azərbaycanın neft-qaz ixracına embargo qoyulması, birbaşa Fransa xalqının, o cümlədən Avropa İttifaqının (Aİ) maraqlarına zidd getməkdir.

“İki sahil” xəbər verir ki, bunu deputat Cavid Osmanov Milli Məclisin plenar iclasında deyib.

Onun sözlərinə görə, Azərbaycanla, yanaşı qardaş Türkiyəyə də sanksiyaların tətbiq edilməsi ilə bağlı fikirlər səslənir: "Bu gün Azərbaycan Aİ-nın enerji təhlükəsizliyində mühüm rol oynadığı bir halda və Avropa İttifaqı Azərbaycanı ən etibarlı tərəfdaş ölkə adlandırması fonunda Fransanın bu addımı birbaşa Azərbaycana qarşı deyil, Avropa İttifaqına qarşıdır".