“Azərbaycan və Qazaxıstan Xəzər dənizinin dibi ilə fiber-optik kabel xəttinin çəkilməsinin praktiki həyata keçirilməsinə başlayır”.
“İki sahil” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Qazaxıstanın Azərbaycandakı səfiri Serjan Abdıkərimov bildirib.
O xatırladıb ki, Qazaxıstanın “Kazakhtelecom” ilə Azərbaycanın “AzerTelecom” şirkəti artıq Xəzər dənizinin dibi boyunca fiber-optik rabitənin qurulmasının texniki həlli ilə bağlı sənəd imzalayıb: “Biz bu layihə ilə məşğul olan şirkəti dəyişmişik və layihəni artıq praktiki həyata keçirməyə başlayırıq”.
Səfirin sözlərinə görə, bu sənəd 2019-cu ildə imzalanıb, lakin pandemiya səbəbindən layihənin icrası ləngiyib.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - YENİLƏNİB/FOTO
Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi
Prezident İlham Əliyev: Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər