16 noyabr 2022 16:43
446

Fransanın hərbi cinayətləri Qoşulmama Hərəkatında müzakirəyə çıxarıla bilər

Fransanın müstəmləkəçilik siyasəti, insanlıq əleyhinə və hərbi cinayətləri Qoşulmama Hərəkatında müzakirəyə çıxarıla bilər.

“İki sahil” xəbər verir ki, bu, Milli Məclisin Fransa Senatının 15 noyabr 2022-ci il tarixli qətnaməsi ilə bağlı qəbul etdiyi bəyanatda əksini tapıb.

Milli Məclis Fransanın davamlı anti-Azərbaycan fəaliyyətini nəzərə alaraq Qoşulmama Hərəkatının sədri kimi Fransanın müstəmləkəçilik siyasətinin, insanlıq əleyhinə cinayətlərinin və hərbi cinayətlərinin beynəlxalq təşkilat çərçivəsində qaldırılması ilə əlaqədar Azərbaycan hökumətinə bununla bağlı tədbirlərin görülməsi üçün çağırış edib.