“Qazaxıstan Azərbaycanın ədalətli mövqeyini hər zaman dəstəkləyir”.
“İki sahil” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Qazaxıstanın Azərbaycandakı səfiri Serjan Abdıkərimov bildirib.
Onun sözlərinə görə, Azərbaycan xarici siyasətlə bağlı fəaliyyətinin çox mühüm mərhələsindədir - qonşu Ermənistanla sülh müqaviləsinin hazırlanması üzrə danışıqlar aparılır: “Bu gün Azərbaycan mühüm mərhələdən keçir. Söhbət sülh müqaviləsinin bağlanmasına hazırlıqdan gedir. Biz bu prosesi izləyirik”.
S.Abdıkərimov deyib ki, Qazaxıstan Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə əməkdaşlığı genişləndirmək niyyətindədir: “Buna Zəngəzur dəhlizinin açılması yardım göstərəcək və bu prosesi sürətləndirəcək”.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - YENİLƏNİB/FOTO
Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi
Prezident İlham Əliyev: Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər