Bakıda Azərbaycan-Rusiya parlamentarilərinin birgə iclası keçiriləcək.
“İki sahil” xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının deputatı Kazbek Taysayev Rusiya-Azərbaycan ekspertlər şurasının Moskvada keçirilən ikinci iclasında çıxışında bildirib.
Onun sözlərinə görə, birgə iclas noyabrın 21-23-də keçiriləcək: "Dumanın spikeri Vyaçeslav Volodinin tapşırığına əsasən, dumanın MDB komitəsinin sədri Leonid Kalaşnikovun rəhbərliyi ilə rusiyalı deputatlar noyabrın 21-23-də Azərbaycanda iki ölkənin parlamentarilərinin birgə iclasında iştirak edəcəklər", o deyib.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - YENİLƏNİB/FOTO
Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi
Prezident İlham Əliyev: Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər