"Azərbaycan-Ermənistan danışıqları kontekstində sənədlərin ayrıca Rusiya və ya ABŞ variantları yoxdur".
“İki sahil” “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bunu Ermənistan xarici işlər nazirinin müavini Paruyr Ovannisyan jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, Azərbaycan və Ermənistana təklif olunan çərçivə sənədində iki ölkə arasında münasibətlərin qurulmasının ümumi prinsipləri əksini tapıb. Nazir müavini vurğulayıb ki, hazırda danışıqlar İrəvan və Bakının təklifləri əsasında aparılır.
P.Ovannisyan qeyd edib ki, ümumi prinsiplərə 1991-ci il Alma-Ata bəyannaməsinə uyğun olaraq ərazi bütövlüyünün qarşılıqlı tanınması da daxildir.
Diplomatın sözlərinə görə, oktyabrın əvvəlində Praqada bu istiqamətdə danışıqların davam etdirilməsi barədə razılıq əldə olunub.
Danışıqların predmetindən danışan xarici işlər nazirinin müavini qeyd edib ki, Rusiya, Fransa, Avropa İttifaqı və ya ABŞ variantları yoxdur, yalnız Ermənistan və Azərbaycan variantları var: "Danışıqlar iki ölkənin yanaşmaları ətrafında reallaşır. Hazırda danışıqlar prosesi müxtəlif istiqamətlərdə gedir: sülh müqaviləsi, sərhədlərin demarkasiyası və delimitasiyası, kommunikasiyaların açılması və s".
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - YENİLƏNİB/FOTO
Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi
Prezident İlham Əliyev: Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər