Gürcüstan Cənubi Qafqazın sülh və əməkdaşlıq nümunəsinə çevrilməsi üçün Azərbaycan və Ermənistan arasında vasitəçilik fəaliyyətini davam etdirməyə hazırdır.
“İki sahil” xəbər verir ki, bunu Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili bu ölkədə səfərdə olan ermənistanlı həmkarı Alen Simonyanla görüşü zamanı deyib. Parlament sədri bildirib ki, Cənubi Qafqaz ölkələrinin keçmişi, bu günü, gələcəyi bir-biriləri ilə sıx bağlıdır.
“Ümidvaram ki, biz hamıya və hər şeydən əvvəl gənc nəsillərimizə göstərəcəyik ki, Cənubi Qafqaz xalqları ən çətin problemlər qarşısında belə müdriklik və qarşılıqlı əməkdaşlıqla dinc gələcək qura bilərlər”, - deyə Papuaşvili bildirib.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - YENİLƏNİB/FOTO
Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi
Prezident İlham Əliyev: Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər