“Rusiyanın Ukraynada xüsusi hərbi əməliyyatı davam edəcək”.
“İki sahil” TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putinin sözçüsü Dmitri Peskov deyib.
O bildirib ki, Rusiya hava və iqlim şəraitindən asılı olmayaraq, məqsədlərinə çatanadək əməliyyatı davam etdirəcək.
D.Peskovun sözlərinə görə, Rusiyanın “taxıl sazişi” ilə bağlı narahatlığı nəzərə alınıb: “BMT Rusiyadan ərzaq və gübrə ixracına qoyulan məhdudiyyətlərin aradan qaldırılacağına söz verib”.
Qeyd edək ki, iyulun 22-də İstanbulda dünya bazarlarına ərzaq və gübrə tədarükü probleminin həlli üçün sənədlər paketi imzalanıb. Sazişlərdən biri Kiyevin nəzarətində olan Qara dəniz limanlarından taxılın ixracı prosedurunu tənzimləyir. Rusiya, Türkiyə, Ukrayna və BMT tərəfindən yaradılan İstanbulda Birgə Koordinasiya Mərkəzi silah qaçaqmalçılığının qarşısını almaq və təxribatları istisna etmək üçün taxıl daşıyan gəmiləri yoxlamaq üçün nəzərdə tutulub.
Noyabrın 17-də “Taxıl sazişi”nin müddətinin daha 120 gün müddətinə uzadılması barədə razılıq əldə olunub.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - YENİLƏNİB/FOTO
Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi
Prezident İlham Əliyev: Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər