Rusiya Xarici İşlər Nazirliyinin (XİN) Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndəsi İqor Xovayev Azərbaycana səfər edəcək.
“İki sahil” xəbər verir ki, bunu Rusiya XİN-in Mətbuat və İnformasiya Departamentinin direktor müavini İvan Neçayev bu gün keçirdiyi brifinqdə bildirib.
O, Xovayevin bu yaxınlarda İrəvanda səfərdə olduğunu, Ermənistan rəhbərliyi ilə faydalı görüşlər keçirdiyini xatırladıb.
“İndi isə Xovayevin səfər növbəsi Azərbaycanadır”, - rusiyalı diplomat vurğulayıb.
Neçayev Xovayevin Azərbaycana konkret nə vaxt səfər edəcəyini açıqlamayıb.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - YENİLƏNİB/FOTO
Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi
Prezident İlham Əliyev: Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər